22 Nisan 2015 Çarşamba

Nə qədər dəniz var sən mənimləsən.

Nə qədər dəniz var sən mənimləsən.



Həsrət kədər verdi səni axtardım,

Bilmədim harada və kiminləsən

Səni diləyimdə arzumda tapdım

Anladım hər zaman sən mənimləsən.



Bəlkə uzaqlarda başqa biriylə,

Bəlkədə yalnızsan, tək özünləsən

Ancaq bilirəmki dəniz gözünlə,

Nə qədər dəniz var sən mənimləsən.

Sevmir səni ürəyim




Sevmir səni ürəyim

Tutsan əlimi buz olar
Səni belə soyudar
Çək gözünü gözlərimdən 
Həsretini qurudar
Sevmir səni ürəyim
Alovlanmaz sözlərim 
Düyümlenmez nəfəsim
Əsməz səsim gülməz gözüm
Sevmir səni ürəyim.
... Biz bir evdə iki yadıq
İki nəfərlik sıfirıq
Ne etməli mecbur qaldıq
Sevmir səni ürəyim.
Tenhalıq var içimizdə
Peşmançılıq gözümüzdə ,
İnanmazdıq özümüzdə 
Sevmir səni ürəyim.
Sən söylədin mən inandim
Belkədə alınar sandım
Şüşə kimi parçalandım
Sevmir səni ürəyim
Bir bir düşdün gözlərimdən
Sən çəkildin sözlərimdən 
Daha əl çək izlərimden



Sevdim səni



Sevdim səni

Öz dərdim bildim dərdini,
Mən daşıdım kədərini
Həyat kimi,nəfəs kimi
Özüm kimi sevdim səni.
Nə biləsən nədi sevgi,
Səndən başqa hərkəs bildi
Sayısızdı çoxdu dərdi
Özüm kimi sevdim səni
Sızım-sızım sızlatdın sən
Ürəyimi qanatdın sən,
Anladımki yalandın sən
Doğru kimi sevdim səni
Özüm kimi sevdim səni

Gül biraz





Gül biraz

Ağzını büzərək qaşını çatma
Həyata əyləncə olarsan onda
Sevinci qoyaraq kədərə qaçma
Dünya yenə dönər biz olmayanda.
Çıxan günəş, açılan gül, coşan bulaq gör biraz
Ümidlənib,qanadlanıb sev biraz
Dünya fani gedər ani gül biraz
Batıb günəş yenə çıxar
solan güllər yenə açar
Bir ölümdən kimlər qaçar
Sənki sağsan sağlığına gül biraz
Boğ kədəri sevincinlə
At  qəzəbi istəyinlə
Sözlərinlə,gözlərinlə
Nifrət dolu insanlara gül biraz

Dəniz gözlüm














Dəniz gözlüm

Heç özümdə bilmədən ölümsüz bir sevgiylə
Mən o dəniz gözlünün yaşadım həsrətiylə.
Dəyişdi bu kainat,dəyişdi gözlərimmdə,
Dünyaya yenə gəldim o dəniz gözlərində.
Elə bil arzulardan,yuxulardan gəlmişdi
Onun gəlişi ilə həyatımda dəyişdi
Artıq ən şirin nəğmə,ən gözəl söz o idi,
Xoşbəxtlik gülüşləri,ölüm yoxluğu idi.


Varlığında bəs edir



Varlığında bəs edir

Səbəbi yox sevgimin,
Səbəbi yox şerimin
Səbəbsizdi sevincim
Varlığında bəs edir.
İstəyirsən uzaq ol
Eyni dünyada olaq
Ürəyimin içində
Varlığında bəs edir
Qəlbim sevginlə dolar
Bircə həsrət məni yorar
Hamı məndən səbəb sorar,
Varlığında bəs edir



28 Şubat 2015 Cumartesi

Üzr istəyirəm

Üzr istəyirəm 



Eşqimdən kor oldum ümid diləndim,

Bir anlıq xəyala sevinc deyirəm

Sadəcə sevmişdim hardan bilərdim

Bir acı sevgiyə cəza çəkirəm.

Sənsə əvvəl vurdun,sonrada əzdin

Bu acı həsrətə mən dözməyirəm

Bir böyük sevgiydi mənim günahım,

Səni sevdiyim üçün üzr istəyirəm

Bu gün səni görmədim.


Bu gün səni görmədim.



Danışmadım səssizliyə büründüm,

Öz-özümə yazıq qərib göründüm

Bu həsrətin yollarında süründüm

Dəniz gözlüm bugün səni görmədim.



Qorxuducu zülmət uzun gün idi,

Səssizliyin gürultusu var idi

Böyük dünya sanki mən dar idi,

Dəniz gözlüm bugün səni görmədim.



Fəryad etdim bu həsrətə dözmədim,

Bir dəyqədə mən unuda bilmədim

Bilmirəmki necə oldu ölmədim,

Dəniz gözlüm bugün səni görmədim.

     

Ağrı idin sən


Ağrı  idin sən

Gözümdən axdın göz yaşı idin sən
Cümləmin sonunda bitdin nöqtə idin sən
Saçlarıma düşdün qocalıqdın sən
Üreyimdə sızladın ağrı idin sən
Dilimə dolandın nəqarət idin sən
Əllərimi kirlətdin günah idin sən
Əvvəlimi korladın axır idin sən
Heyatıma bulaşdın xəstəlikdin sən
Nəfəsimi durdurdun ölüm idin sən

Həyat dərsi


Həyat dərsi

Bu gün bircə anlığa küsmüşdüm bu həyatdan
Çətinlikdən yorulub bezmişdim yaşamaqdan
Ümidsizlik içində göy dənizə baxırdım
Qəzəblənib özümə şimşək təki çaxırdım,.
Birdən sanki dalğalar dilə gəlib söylədi
“Söylə bu gözəl həyat axı sənə neylədi?
Sənin bu vəziyyətin inanki nankorluqdur
Həyatın gözəlliyin görməməkdə korluqdur
Bax dağlarda şəlalə necə gözəl çağlayır,
Gör nə möcüzədirki bulud sanki ağlayır.
Bax ətrafda nə varsa elə bilki sənətdir
Gördüklərin boş deyil canlı bir həqiqətdir.
Bəlkədə küsgünlüyə bəhanə axtarırsan
Gözəlliyi görnəyib,çirkinliyə baxırsan.
Bütün bu şahəsəri özün qazanmamısan,
Sənə bəxş olunubdur, sən özün almamısan.
Ancaq bununla belə haqsızlıq eyləyirsən
Heçnə ilə doymayıb yenədə istəyirsən,
Unutma qoca dünya heç kimsəyə qalmayıb
Bu həyatdan heç bir kəs indiyədək doymayıb.
Həyatında nə varsa sənin üçün sınaqdır,
Bu dünyada hər canlı keçicidir, qonaqdır.
Bu tərəfdə nə əksən , o tərəfdə biçərsən
Bircə gözəl düşünsən bu sınaqdan keçərsən.
Nəysə mən çox danışdım bəlkə gedəcək əbəs,
Ağıllı insanlara bir işarə edər bəs”
Beləcə pıçıldadı bir coşğun dalğa mənə

Həyat dərsi öyrətdi o dəli dalğa mənə.

Mən eşqi sevirəm səndə




Bilirəm hər kəs kimisən səndə
Amma mən eşqi sevirəm səndə
Gözlərimdə böyütməyi,
Ürəyimdə ucaltmağı
Mən eşqi sevirəm səndə.
Yaxınlaşma uzaq dur məndən
Düşmə gözlərimdən ovuclarıma
Burax qoy belə qalsın hər şey
Mən eşqi sevirəm səndə
Qoy dərt çəkim,həsrət çəkim,
Sevgi çəkim,ümid çəkim
Qovuşmayıb nəfəs çəkim
Mən eşqi sevirəm səndə

Göz yaşımda gizlətdim


Göz yaşımda gizlətdim


Sənə baxan göz görəndə,

Sən harasa tək gedəndə

Bir gün bizə gec gələndə

Qısqanclığı göz yaşımda gizlətdim

Damla-damla bitsin deyə..



Çox vaxt günah ikimizdə olarkən,

Onda qəlbim bir gül kimi solarkən

Ya sən,ya mən barışmalı olarkən

Mən qüruru göz yaşımda gizlətdim

Ağlayarkən düşsün deyə..



Gün olduki xəyanətdən qorxaraq,

İnanmadım gözlərinə baxaraq

Mən yenədə dərin-dərin susaraq,

Şübhələri göz yaşımda gizlətdim

Yuyularaq getsin deyə...



Bəzəndə ayrılıq gəldi bilmədən

Gözlərim ağladı səni görmədən

Səni gözləyərək heç düşünmədən

Həsrətləti göz yaşımda gizlətdim

Sənə qədər çatsın deyə..



Yalnızca ağlaram sənsiz qalanda,

Bəzəndə sevgindən şübhə duyanda

Qısqanclıq,küsgünlük məni yoranda,

Mən kədəri göz yaşımda gizlətdim

Sənin əlin silsin deyə



Gördüyüm ilk andan,ilk gündən bəri

Gözlərin ruhuma çəkdi rəsmini

Sevgidə saxlayıb sənin əksini,

Öz qəlbimdə gizlətdim

Sonsuza dək sevsin deyə

Bir günün həsrəti.



Bir günün həsrəti.


Bir gündə üzünü görmədən keçdi,

Mən nələr yaşadım bu bircə gündə

Bir gündə səsini duymadan keçdi,

Sükutla savaşdım bu bircə gündə.



Həsrətin hökm etdi gözlərim doldu,

Ürəyim gül kimi saraldı soldu

Sənsiz bu bircə gün bir ömür oldu,

Ölüm yaxınlaşdı bu bircə gündə.

27 Şubat 2015 Cuma

Sən qəlbimi öldürdün


Sən qəlbimi öldürdün 

Döyünsədə yaşamayır
Heç bir hissi daşımayır
Yanır yanır alışmayır
Sən qəlbimi öldürdün
İncitsəndə inciməz
Nə yaşayır bilinməz
Susar susar deyinmez
Sən qəlbimi öldürdün
İçimdən bir parça getdi
hissə hissə olub itdi
Gözəl olan hər şey bitdi
Sən qəlbimi öldürdün.

dalğalar2

Dalğalar 2
 Dalğalar yaşadır sanki dənizi
Insan ürəyi tək coşur çağlayır
Dalğalar elə bil bir insan kimi
Qəlbimi dinləyir səssiz ağlayır.
Dalğalar şerimin ilham qaynağı
Gözəl xəyalların həzin səsidir
Dalğalar mənimçün bir dərd ortağı
Fikrli günlərin təsəllisidir

Dalğalar

Dalğalar
Dalğalar aparır sanki ömrümü
Dalğalar aparır ötən günümü
Sənidə dalğalar apardımı de,
Yoxsa sən dalğasan apardın məni
Apardın məndəki xoş günlərimi.
Söyləyin dalğalar nəyə görə siz
Məndəki dərtləri götürmədiniz
Yeqinki gücünüz çatmadı ona
Dərtlərim ağırdır güc   çatmaz ona
Dalğalar necədə gözəl səsiniz
Elə bil kədərə təsəllisiniz
Təsəlli kar etməz mənim dərdimə
Ancaq ürəyimə xoş təsirsiniz..