28 Şubat 2015 Cumartesi

Göz yaşımda gizlətdim


Göz yaşımda gizlətdim


Sənə baxan göz görəndə,

Sən harasa tək gedəndə

Bir gün bizə gec gələndə

Qısqanclığı göz yaşımda gizlətdim

Damla-damla bitsin deyə..



Çox vaxt günah ikimizdə olarkən,

Onda qəlbim bir gül kimi solarkən

Ya sən,ya mən barışmalı olarkən

Mən qüruru göz yaşımda gizlətdim

Ağlayarkən düşsün deyə..



Gün olduki xəyanətdən qorxaraq,

İnanmadım gözlərinə baxaraq

Mən yenədə dərin-dərin susaraq,

Şübhələri göz yaşımda gizlətdim

Yuyularaq getsin deyə...



Bəzəndə ayrılıq gəldi bilmədən

Gözlərim ağladı səni görmədən

Səni gözləyərək heç düşünmədən

Həsrətləti göz yaşımda gizlətdim

Sənə qədər çatsın deyə..



Yalnızca ağlaram sənsiz qalanda,

Bəzəndə sevgindən şübhə duyanda

Qısqanclıq,küsgünlük məni yoranda,

Mən kədəri göz yaşımda gizlətdim

Sənin əlin silsin deyə



Gördüyüm ilk andan,ilk gündən bəri

Gözlərin ruhuma çəkdi rəsmini

Sevgidə saxlayıb sənin əksini,

Öz qəlbimdə gizlətdim

Sonsuza dək sevsin deyə

Hiç yorum yok:

Yorum Gönder