Dalğalar
Dalğalar aparır sanki ömrümü
Dalğalar aparır ötən günümü
Sənidə dalğalar apardımı de,
Yoxsa sən dalğasan apardın məni
Apardın məndəki xoş günlərimi.
Söyləyin dalğalar nəyə görə siz
Məndəki dərtləri götürmədiniz
Yeqinki gücünüz çatmadı ona
Dərtlərim ağırdır güc çatmaz ona
Dalğalar necədə gözəl səsiniz
Elə bil kədərə təsəllisiniz
Təsəlli kar etməz mənim dərdimə
Ancaq ürəyimə xoş təsirsiniz..
Hiç yorum yok:
Yorum Gönder