Ağzını büzərək qaşını çatma
Həyata əyləncə olarsan onda
Sevinci qoyaraq kədərə qaçma
Dünya yenə dönər biz olmayanda.
Çıxan günəş, açılan gül, coşan bulaq gör biraz
Ümidlənib,qanadlanıb sev biraz
Dünya fani gedər ani gül biraz
Batıb günəş yenə çıxar
solan güllər yenə açar
Bir ölümdən kimlər qaçar
Sənki sağsan sağlığına gül biraz
Boğ kədəri sevincinlə
At qəzəbi istəyinlə
Sözlərinlə,gözlərinlə
Nifrət dolu insanlara gül biraz
Hiç yorum yok:
Yorum Gönder