Bu gün səni görmədim.
Danışmadım səssizliyə büründüm,
Öz-özümə yazıq qərib göründüm
Bu həsrətin yollarında süründüm
Dəniz gözlüm bugün səni görmədim.
Qorxuducu zülmət uzun gün idi,
Səssizliyin gürultusu var idi
Böyük dünya sanki mən dar idi,
Dəniz gözlüm bugün səni görmədim.
Fəryad etdim bu həsrətə dözmədim,
Bir dəyqədə mən unuda bilmədim
Bilmirəmki necə oldu ölmədim,
Dəniz gözlüm bugün səni görmədim.
Hiç yorum yok:
Yorum Gönder