Heç özümdə bilmədən ölümsüz bir sevgiylə
Mən o dəniz gözlünün yaşadım həsrətiylə.
Dəyişdi bu kainat,dəyişdi gözlərimmdə,
Dünyaya yenə gəldim o dəniz gözlərində.
Elə bil arzulardan,yuxulardan gəlmişdi
Onun gəlişi ilə həyatımda dəyişdi
Artıq ən şirin nəğmə,ən gözəl söz o idi,
Xoşbəxtlik gülüşləri,ölüm yoxluğu idi.
Hiç yorum yok:
Yorum Gönder