22 Nisan 2015 Çarşamba

Nə qədər dəniz var sən mənimləsən.

Nə qədər dəniz var sən mənimləsən.



Həsrət kədər verdi səni axtardım,

Bilmədim harada və kiminləsən

Səni diləyimdə arzumda tapdım

Anladım hər zaman sən mənimləsən.



Bəlkə uzaqlarda başqa biriylə,

Bəlkədə yalnızsan, tək özünləsən

Ancaq bilirəmki dəniz gözünlə,

Nə qədər dəniz var sən mənimləsən.

Sevmir səni ürəyim




Sevmir səni ürəyim

Tutsan əlimi buz olar
Səni belə soyudar
Çək gözünü gözlərimdən 
Həsretini qurudar
Sevmir səni ürəyim
Alovlanmaz sözlərim 
Düyümlenmez nəfəsim
Əsməz səsim gülməz gözüm
Sevmir səni ürəyim.
... Biz bir evdə iki yadıq
İki nəfərlik sıfirıq
Ne etməli mecbur qaldıq
Sevmir səni ürəyim.
Tenhalıq var içimizdə
Peşmançılıq gözümüzdə ,
İnanmazdıq özümüzdə 
Sevmir səni ürəyim.
Sən söylədin mən inandim
Belkədə alınar sandım
Şüşə kimi parçalandım
Sevmir səni ürəyim
Bir bir düşdün gözlərimdən
Sən çəkildin sözlərimdən 
Daha əl çək izlərimden



Sevdim səni



Sevdim səni

Öz dərdim bildim dərdini,
Mən daşıdım kədərini
Həyat kimi,nəfəs kimi
Özüm kimi sevdim səni.
Nə biləsən nədi sevgi,
Səndən başqa hərkəs bildi
Sayısızdı çoxdu dərdi
Özüm kimi sevdim səni
Sızım-sızım sızlatdın sən
Ürəyimi qanatdın sən,
Anladımki yalandın sən
Doğru kimi sevdim səni
Özüm kimi sevdim səni

Gül biraz





Gül biraz

Ağzını büzərək qaşını çatma
Həyata əyləncə olarsan onda
Sevinci qoyaraq kədərə qaçma
Dünya yenə dönər biz olmayanda.
Çıxan günəş, açılan gül, coşan bulaq gör biraz
Ümidlənib,qanadlanıb sev biraz
Dünya fani gedər ani gül biraz
Batıb günəş yenə çıxar
solan güllər yenə açar
Bir ölümdən kimlər qaçar
Sənki sağsan sağlığına gül biraz
Boğ kədəri sevincinlə
At  qəzəbi istəyinlə
Sözlərinlə,gözlərinlə
Nifrət dolu insanlara gül biraz

Dəniz gözlüm














Dəniz gözlüm

Heç özümdə bilmədən ölümsüz bir sevgiylə
Mən o dəniz gözlünün yaşadım həsrətiylə.
Dəyişdi bu kainat,dəyişdi gözlərimmdə,
Dünyaya yenə gəldim o dəniz gözlərində.
Elə bil arzulardan,yuxulardan gəlmişdi
Onun gəlişi ilə həyatımda dəyişdi
Artıq ən şirin nəğmə,ən gözəl söz o idi,
Xoşbəxtlik gülüşləri,ölüm yoxluğu idi.


Varlığında bəs edir



Varlığında bəs edir

Səbəbi yox sevgimin,
Səbəbi yox şerimin
Səbəbsizdi sevincim
Varlığında bəs edir.
İstəyirsən uzaq ol
Eyni dünyada olaq
Ürəyimin içində
Varlığında bəs edir
Qəlbim sevginlə dolar
Bircə həsrət məni yorar
Hamı məndən səbəb sorar,
Varlığında bəs edir



28 Şubat 2015 Cumartesi

Üzr istəyirəm

Üzr istəyirəm 



Eşqimdən kor oldum ümid diləndim,

Bir anlıq xəyala sevinc deyirəm

Sadəcə sevmişdim hardan bilərdim

Bir acı sevgiyə cəza çəkirəm.

Sənsə əvvəl vurdun,sonrada əzdin

Bu acı həsrətə mən dözməyirəm

Bir böyük sevgiydi mənim günahım,

Səni sevdiyim üçün üzr istəyirəm